Ruhunu kəşf edəcəm

ruh-sagligi

Onun inancı materialist nəzəriyyədən uzağa keçmirdi. Ruh onun üçün sadəcə nağıllardan ibarət idi.

“Bəlkə də həqiqətən belədir. Bəlkə həqiqətən də insanlar həyatlarına daha anlamlı mənalar yükləmək üçün ruhu kəşf etmişdi. Özünü daha dəyərli hiss etmək üçün. Dəyərlər dəyişkəndir amma insan daha önəmli bir varlıq olduğuna inanmaq üçün ruhu kəşf edəcək qədər eqolarla dolu varlıqdır.”

Amma qarşısında dayanan gənc oğlan qızın gözlərinə həm ən ülvi hisslərlə, həm də təəssüflə acağını maraqla gözləyirdi çünki bu görüşün əsas məqsədi bu idi. Nəhayət bir neçə dəqiqəlik sükutdan sonra gənc kofedən bir qurtum alaraq sözə başladı.

“Öncəliklə səndən bir xahişim var. Mən danışmağa davam etdiyim müddətcə sadəcə susaraq dinləyəcəksən. Razılaşmazsan belə sonda səni eynilə dinləməyə söz verirəm.”

Qız başı ilə işarə edərək razılaşdığını bildirdi.

“İnsanın necə yarandığını hərtərəfli inkişaf yolunu tamamilə izah edə bilərik bəlkə də. Amma bu onun daha uca bir varlıq olmadığını və ruhunun olmadığı anlamına gəlməz. Minlərlə hisslərin olduğu insan vücudu duyğularla yüklüdür və bunun səbəbi ancaq insan ruhu ola bilər. Elmi araşdırmalar da bir çox cəhətdən bunu sübut edə bilər. Necə ki, yuxularımızı görən ruhumuz, bəzən qurduğumuz xəyallar və ya ayağı kəsilmiş bir insanın ayağı olmasa belə olduğunu hiss etməsi və ya olmayan ayağın qaşıntısını hiss etməsi kimi. Gülüşümüz, üzüntümüz və bu kimi fərqli hisslər vücudun əsəri ola bilməz. Vücud nəyə görə üzülməlidir, ağrımalıdır?! Bilirəm bəlkə də dediyim bu sözlərlə səndəki inancı dəyişdirə bilmərəm amma düşünməyinə səbəb ola bilərəm. Və düşündükcə bir çox sualların cavablana bilər.

Bilirsən, əslində o qədər sevinirəm ki… Niyə deyə soruşsan, sənə inanıram, bizə inanıram, o ruhu kəşf edəcəyinə inanıram və o gün gəldiyində o ruhun gözünü açdığı zaman mənim ruhumu görəcək, mən onun ilki olacam və bunları düşünmək məni sevindirir. Ruhun oyandığı zaman bərk-bərk sarılacam o duyğulara və əsla buraxmayacam. Sənə söz verirəm”

Gənc qız gözlərini onun gözlərindən çəkə bilmirdi. Azacıq sulanmış gözləri və üzündəki xəfif gülümsəmə bir əsərə belə sığmayacaq sözlər deyirdi və o özəl an bir ömür əsla unudulmayacaqdı…

Müəllif: Nicat Tağızadə

Youtube Videolarımı izləmək üçün <= Klik edin

Şəxsi əlaqə üçün instagram <= Əlaqə üçün

Xəyallarımla kəşf etdiklərim (münasibət bildirin)

Bu slaydşou üçün JavaScript lazımdır.

Bəzən yuxularımda qeyri-adi şeylər görürəm. Əslində bu yuxuları bilincli olaraq özüm formalaşdırıram. Və formalaşdırdığım bir yuxu ilə kəşf etdiyim bu fikri paylaşmaq istəyirəm

Kainatın gücünə sahib bir varlıq dünyadan 5 qız və 1 oğlan olmaqla alıb kainatın 2 ən uzaq nöqtəsindəki digər bütün həyatdan uzaq planetə aparır. Onlara planetdəkilərin heç bir halda onları görməyəcəyini görünməz olaraq sadəcə müşahidə edə biləcəklərini deyir.

Oxumağa davam et

Həyatın bir səhifəsi… (ünvanlı)

“ Nə olacağını düşünürdün ki? Elə bilirdin nəyisə dəyişə bilərsən? Həyatından əl çəkmək bu qədər asandır? Onu bir daha heç vaxt görə bilməyəcəksən!”

Bədənindən axan soyuq tər ilə yatağında dəhşətlə gözlərini açdı. Ağlına ilk gələn şey “axı mən sadəcə bir neçə dəqiqə əvvəl yuxuya getmişdim” sözləri oldu. Ağlamaqdan yorğun düşmüş və elə bir dərin yuxuya getmişdi ki, səhərin açılmasının belə tez olacağına inanmamışdı. Amma elə bu bir neçə saniyəlik gərəksiz düşüncə əsas onu yaralayan suallarla əvəzləndi.

O gecə adını belə qoya bilmədiyi münasibətə son qoymuşdu. Bu özünə də axmaqlıq kimi gəlirdi, çünki onu heç görməmişdi belə. O sadəcə dərd ortağı idi. Qızın məcburi nişanlı olması və sıxıntılarını onunla paylaşması münasibətin başlanğıcı olmuşdu. Amma heç özü də bilmədən ona elə bağlandı ki, həyatında dönüş nöqtəsi yaradacaq qədər təsir etmişdi ona.

Amma hazır deyildi. Bütün həyatından əl çəkərək onun yanına getməyə, onun da həyatını dəyişdirməyə. Heç bəlli deyildi nəticənin nə olacağı və nəhayət qərarını vermişdi onun həyatında sadəcə epizodik rol olduğuna və onu tərk etməyin zamanının gəldiyinə. Həyatında üzüntüdən başqa heç nəyi olmayan qız sığınmışdı oğlanın səmimiyyətinə və onu itirməyə hazır deyildi. Sadəcə klaviaturada sıxılan bir neçə düymə ilə yazılmış Əlvida sözü və münasibətin tamamilə kəsilməsi… Bu göründüyü qədər sadə deyildi. Çünki elə həmin an peşman olmuşdu etdiklərinə və artıq gec idi onu tapmaq, ona yenidən bağlanmaq, onunla olmaq… Bunu saatlarla düşünüb siqaretindən dərin tüstülər alaraq gözündən axan peşmanlıq yaşlarını sildi.

O gecə qızdan xəbər tuta bilməmişdi. O gecə hüzur içində gözlərini yuma bilməmişdi. O gecə xoşbəxt deyildi. O gecə onun üçün ……………………

— Müəllif: Nicat Tağızadə

Qalxdığın zirvəyə enməyəcəyəm

Yenə də mənsizsən, tənhasan qadın
Qoynunda süründün özgənin, yadın
Göyə ucalsa da aciz fəryadın
Bir daha geriyə dönməyəcəyəm
Qalxdığın zirvəyə enməyəcəyəm

Çirklənmiş ruhunu bəzədin bəsdir
Əməlin, taleyin, ürəyin tərsdir
Onsuz yalvarışın daha əbəsdir
Vurduğum damğanı silməyəcəyəm
Qalxdığın zirvəyə enməyəcəyəm

Addımladığın küçə şeytan yoludur
Tənha qalmalısan haqqın da budur
Həyatın əzəldən utanc doludur
Artıq kimsən, nəsən, bilməyəcəyəm
Qalxdığın zirvəyə enməyəcəyəm