Nicat Tağızadə – Zamanın Yarışı

Nicat Tağızadə – Zamanın Yarışı

Gözlərim səhvi düzü əbədiyyən seçməz olub

Qürurum qıfıllanıb bircə andı içməz olub

Axı aşiq de görüm hansı yolu keçməz olub

Onu qandallara vur dursun ürək danışmasın

Zamanım donsun artıq hər ötənlə yarışmasın

Sevirəm, aşiqinəm, əbədi sənin olmalıyam

Sənin təmiz eşqini saf ürəyə salmalıyam

Hamı tərk etsə belə mən səninlə qalmalıyam

Ürəyin alovların söndürün ki alışmasın

Zamanım donsun artıq hər ötənlə yarışmasın

Gözlərim dörd divarda qapı yoxdur açmaq üçün

Ürəyim hey çalışır qanadlanıb uçmaq üçün

Taqət yoxdu dizlərimdə uzaqlara qaçmaq üçün

Başlanğıcıdır bu sonun, heç qaçmağa çalışmasın

Zamanım donsun artıq hər ötənlə yarışmasın

Beyin, ürək, məntiq, qürur, bir də əlacsız gözlərim

Arxamca sürüklənən kölgə və ayaq izlərim

Ondakı daşdan ürəyə heç təsir etmir sözlərim

Yetər artıq bezdim inan, heç kim işimə qarışmasın

Zamanım donsun artıq hər ötənlə yarışmasın

Nicat Tağızadə (Mələklərin Günahı)

Nicat Tağızadə – Zamanın Yarışı” üzərində 6 şərh

  1. Nicar qeseng seirdi helal
    Sende bacariq var
    Bir az da inkisaf elesen romanini seir kimi (nezmle) de yaza bilersen

    • Təşəkkürlər qardaşım, bəyəndiyinə sevindim. Nəzm romana indi çox üstünlük verən yoxdu. Bir də ki illərim həsr edib nəzm roman yazsam, yetərincə qiymət verilməsə kafama sıkarım ona görə

Cavab Yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma